"Barselona"nın futbolçusu altı aylıq sıradan çıxdı
"Barselona"nın futbolçusu Yonathan Dos Santos altı aya qədər yaşıl meydanlardan uzaq qalacaq.

Yarımmüdafiəçi çərşənbə günü komandanın məşqi zamanı dizindən zədələnib.

Kataloniya klubun rəsmi saytından verdiyi açıqlamada belçikalı oyunçunun noyabrın 5-i əməliyyat olunacağını yazıb. Bu səbəbdən Dos Santosun altı aya yaxın forma geyə bilməyəcəyi bildirilib.

Xəbər 1212 dəfə oxundu.