Fiqo: "Barselona"da qədrimi bilmədilər"
"Barselona"nın sabiq futbolçusu Luiş Fiqo keçmiş komandası haqda maraqlı fikirlər səsləndirib.

Fiqo "Barselona"da çıxış etdiyi dönəmdə ona dəyər verilmədiyini bildirib:

"Barselona"da oynayarkən klub üçün etdiklərimin qarşılığını görmürdüm. Hərçənd mən karyeramı orada başa vurmağı planlaşdırırdım. Ancaq hər işdə belədir. Etdiklərinizin qarşılığını almadıqda və yeni fürsətiniz olduqda bunu maksimum dəyərləndirməyə çalışırsınız. Məndə də elə oldu. "Barselona"da qədrimi bilmədilər".

Qeyd edək ki, 2000-ci ildə 62 milyon avro müqabilində "Barselona"dan "Real" (Madrid) klubuna transfer olunan Fiqo Kataloniya azarkeşlərinin ən nifrət etdikləri futbolçulardan idi.

Xəbər 1074 dəfə oxundu.