"Qalatasaray"a bəd xəbər
Belindəki ağrılar səbəbindən uzun müddətdir oynaya bilməyən "Qalatasaray"ın futbolçusu Həmid Altıntop əməliyyat olunacaq.

Futbolçunun Almaniyadakı həkimləri Altıntopun yenidən əməliyyat olunmasının vacibliyini qeyd ediblər.

Belə olan təqdirdə Türkiyə millisinin futbolçusu ən azı 5 ay yaşıl meydanlardan kənarda qalacaq. Altıntopun gələn ilin fevral ayında məşqlərə başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı futbolçu sonuncu dəfə avqust ayının 25-də "Bursaspor"la görüşdə forma geyinmişdi.

Xəbər 844 dəfə oxundu.