"El Klassiko" öncəsi "Barselona"da ciddi itki
İspaniyanın "Barselona" klubu La Liqada "Real"la oynayacaqları matça ciddi itki ilə çıxa bilər.

İspan müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Milan"la görüşdə (1:1) sol dizindən zədələnib.

Oyunçunun zədəsinin o qədər də ciddi olmadığı bildirilib. Ancaq buna baxmayaraq, Pikenin Madrid klubu ilə matçda forma geyib-geyməyəcəyinin sual altında olduğu qeyd olunub.

Xəbər 1138 dəfə oxundu.