Robben Qvardiolaya qarşı çıxdı
"Bavariya"nın futbolçusu Aryen Robben baş məşqçisi Pep Qvardiolaya qarşı çıxıb.

Çempionlar Liqasının qrup mərhələsində dünən baş tutan "Viktoriya" ilə matçda (5:0) penaltini oyunçu baş məşqçisinin israrına baxmayaraq yerinə yetirməyib. Əvəzində isə Riberi topun başına keçib.

Bu hərəkəti ilə hollandiyalı oyunçu bir növ Qvardiolanın cavabını verib. Bundesliqada "Mainz"lə matçda Robben penaltini yerinə yetimək istəsə də, ispan mütəxəssis buna razılıq verməyib.

Qarşılaşmadan sonra açıqlama verən Riberi komanda yoldaşının bundesliqada baş verənlərə görə hələ də əsəbi olduğunu bildirib.

Robben isə açıqlamasında qeyd edib ki, daha bu məsələni uzatmağa ehtiyac yoxdur.

Xəbər 859 dəfə oxundu.