PSJ rekordunu yenilədi
Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə "Anderlext"ə 5:0 hesabı ilə qalib gələn Fransanın PSJ klubu öz rekordunu yeniləyib.

Bu qələbə Paris təmsilçisinin avrokuboklarda səfərdə ən böyükhesablı qalibiyyəti olub.

Belçikada keçirilən görüşdə 4 qol vuran Zlatan İbrahimoviç isə turnirdə poker edən 11-ci futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.

Xəbər 830 dəfə oxundu.