Çempionlar Liqasında irqçilik
Çempionlar Liqasının qrup mərhələsinin CSKA - "Mançester Siti" qarşılaşmasında (1:2) xoşagəlməz hal yaşanıb.

Qonaq komandanın futbolçusu Yaya Ture azarkeşlərin irqçi şüarlarına məruz qalıb. O, meymuna bənzədilib. "Mançester Siti" isə bu hərəkətin ardından rəqib komandanın azarkeşlərindən UEFA-ya şikayət edib.

Y.Toure isə ona qarşı edilən bu irqçiliyə əsəbiləşib: "Bununla bağlı ciddi işlər görülməlidir. Yoxsa futbolçular bundan sonra da bu cür davranışlara məruz qalacaq. Bu problem həll olunmasa, qaradərili oyunçular 2018-ci ildə keçirilcək dünya çempionatına germəyəcək" - deyə yarımmüdafiəçi bildirib.

Xəbər 899 dəfə oxundu.