Konte "Real"la oyundan danışdı
"Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Real"la (Madrid) oyundan (1:2) sonra açıqlamalar verib.

Təcrübəli mütəxəssis komandasının oynadığı futboldan razı qaldığını deyib:

"10 nəfər qaldıqdan sonra belə göstərdiyimiz oyun çox yaxşı idi. İndi ÇL-də işimiz daha çətindir. Ancaq bu oyunumuz qarşıdakı üç matç üçün təcrübə oldu".

O, hakimin verdiyi qərarlardan narazılığını da ifadə edib: "Verilən qırmızı vərəqə və Vidala edilən hərəkətə görə, penalti verilməməsi düzgün deyildi".

Xəbər 814 dəfə oxundu.