Teymur Məmmədov: “Russodan revanş alacam”
Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında kubalı Erislandi Savonu məğlub edərək, ən azı bürünc medalı özünə təmin Teymur Məmmədov görüşlə bağlı fikirlərini bildirib: “Artıq karyeram ərzində üçüncü dəfədir ki, Kuba boksçuları üzərində qələbə qazanıram. Çox çətin görüş oldu. Savon Bakıdakı dünya çempionatında Məhəmmədrəsul Məcidova uduzmuşdu. İndi isə o yeni çəki dərəcəsində çıxış edirdi. Yarımfinalda italiyalı Klemente Russo ilə üz-üzə gələcəm. Olimpiya oyunlarında onu məğlub etsəm də, hakimlər qələbəni ona vermişdilər. Bu dəfə revanş olacaq. İnanıram ki, Russo üzərində qələbə qazana biləcəm”.

Xəbər 1373 dəfə oxundu.