"Qalatasaray"ın futbolçuları mükafatlandırılır
Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"i məğlub (3:1) edən "Qalatasaray"ın futbolçuları klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Əslində İstanbul klubu oyunçularına ÇL-də öz meydanlarında qələbə qazandığı təqdirdə 200 min dollar verir.

Ancaq rəhbərlik bu qarşılaşmada komandanın uğurlu çıxışı səbəbindən futbolçulara ümumən 1 milyon avro mükafat ayırıb.

Qeyd edək ki, bu qələbə ilə xalını 4-ə yüksəldən "Cim Bom" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Xəbər 1237 dəfə oxundu.