"Real" Falkaonun transferindən imtina etdi
"Real" (Madrid) klubu "Monako"nun hücumçusu Radamel Falkaonu transfer etmək planından imtina edib.

Buna kolumbiyalı futbolçunun "Real"dan yüksək maaş tələb etməsi səbəb olub.

Belə ki, Falkao "Real"da oynayacağı təqdirdə ilinə 14 milyon avro qazanacaqdı. Lakin Madrid təmsilçisi Falkaoya bu məbləği ödəməkdən imtina edib.

Qeyd edək ki, Falkao ötən mövsüm 60 milyon avro müqabilində "Atletiko" (Madrid) klubundan "Monako"ya transfer olunmuşdu.

Xəbər 818 dəfə oxundu.