Mançini: "Komandamdan belə oyun gözləmirdim"
"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini dünən "Kopenhagen"lə oyundan (3:1) sonra qələbəni şərh edib.

İtaliyalı mütəxəssis komandasının qələbəyə layiq oynadığını bildirib:

"Görüşdə 60 dəqiqə yaxşı oynadıq. Düzünü desəm, komandamdan bu qədər yaxşı oyun gözləmirdim. Qələbəyə layiq idik. Buna baxmayaraq, hələ də hazır deyilik. Komandada dəyişdiriləcək çox şey var. "Kopenhagen"lə səfər matçımız çox çətin olacaq. Bu oyuna fiziki cəhətdən hazır olmalıyıq".

Xəbər 847 dəfə oxundu.