İbrahimoviç: "Həmin vaxt qürur hissi keçirdim"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç "Anderlext"lə oyun haqda fikirlərini bölüşüb.

Dünənki matçda poker edən isveçli forvard komandasının oyundan-oyuna artırdığını bildirib:

"Artıq görünür ki, PSJ oyundan-oyuna artırır. Futbolçular da öz növbəsində futboldan və eyni zamanda nəticədən zövq alırlar. Mənim ünvanıma alqış sədalarını eşitmək çox xoş idi. Həmin vaxt böyük qürur hissi keçirdim. Azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, səfərdə "Anderlext"i 5:0 hesabı ilə məğlub edən PSJ xalını 9-a yüksəldib.

Xəbər 886 dəfə oxundu.