Ronaldodan yeni rekord
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo yeni bir rekorda imza atıb.

Ulduz hücumçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyunda (2:1) dubl edərək ÇL-də vurduğu qolların sayını 58-ə yüksəldib.

Bununla da o, Eysebionu keçərək öz ölkəsinin futbol tarixində bu turnirdə ən çox qol vuran oyunçu olub.

Ronaldo bu qollarla birlikdə Rud Van Nistelroyu geridə qoyaraq ÇL tarixində Raul və Messidən sonra ən çox fərqlənən futbolçu adını qazanıb .

Xəbər 935 dəfə oxundu.