"Qalatasaray" qalib gəldi, "Yuventus" uduzdu
Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub.

İkinci oyun gününə daha 8 qarşılaşma baş tutub.

Günün ən maraqlı oyunları B qrupunda baş tutub. Belə ki, azərbaycanlı futbolsevərlərin azarkeşlik etdiyi Türkiyənin "Qalatasaray" klubu İstanbulda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda isə "Yuventus" səfərdə Madrid "Real"ının qonağı olub. Görüş İspaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

23 oktyabr

A qrupu

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0
Qol: Martinez, 2-avtoqol (1:0)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 4:0
Qollar: Kislinq, 22 (1:0), Rolfes, 50 (2:0), Sam, 57 (3:0), Kislinq, 72 (4:0)

Xəbər 847 dəfə oxundu.