"İnter" AZAL-la oyuna hazırlaşır
Topaz Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ” ilə keçirilən oyundan sonra (0:1) “İnter”in futbolçuları bərpa məşqi keçiblər.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, birinci gün komandaya bir günlük istirahət verilmişdi, dünən isə “İnter” AZAL ilə oyunun hazırlıqlarına başlayıb.

Dünən komanda “Şəfa” stadionunda iki məşq edib. Bu gün isə saat 16:00-da daha bir məşqin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 11-ci turun AZAL - “İnter” matçı oktyabrın 26-da baş tutacaq. Oyun saat 17:00-da başlayacaq.

Xəbər 830 dəfə oxundu.