"Qarabağ" tam heyətlə hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqanın XI turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" klubu bu gün tam heyətlə hazırlığa başlayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar günü "Sumqayıt"la (3:0) baş tutan matçın ertəsi günü bərpa məşqi keçən komanda dünən istirahət etmişdi.

"Qarabağ"ın səhər çalışması saat 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. "Qarabağ"ın 2-ci məşqi yenə də eyni meydançada baş tutacaq. Sabah da Bakıda məşq edəcək Qurban Qurbanovun komandası cümə günü Lənkərana yola düşəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu bazar günü 19:00-da keçiriləcək.

Xəbər 883 dəfə oxundu.