"Yuventus"un rəsmisi: "Ronaldonu transfer edə bilərdik"
"Yuventus"un idman direktoru Lusiano Moqqi Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları Madrid "Real"ı ilə oyunöncəsi rəqibin futbolçusu Kriştiano Ronaldo haqda maraqlı açıqlamalar verib.

O, portuqaiyalı hücumçunun "Mançester Yunayted"ə transfer olmadan öncə "Yuventus"a gəlməyə çox yaxın olduğunu deyib:

"Sportinq"lə Marselo Salası Ronaldo ilə dəyişmək barədə razılığa gəlmişdik. Ancaq Salas "River Plate"yə getməyə qərar verdi. Həmin zamanda "MY" da portuqaliyalı oyunçu üçün təklif göndərmişdi. Biz də bu səbəbdən geri çəkilmək məcburiyyətində qaldıq".

Xəbər 977 dəfə oxundu.