Mançini: "Çempionlar Liqasında asan rəqib yoxdur"
"Rəqibi zəif hesab etməmək lazımdır. Çünki "Kopenhagen" müdafiədə və əks-hücumlarda yetəri qədər yaxşı təsir bağışlayan komandadır. Çempionlar Liqasında asan rəqib yoxdur. Bizim matça hansı taktika ilə başlayacağımız yox, oyun ərzində özümüzə necə göstərəcəyimiz önəmlidir".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ÇL-in qrup mərhələsində bu axşam qarşılaşacaqları "Kopenhagen"lə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Qrupdakı şanslarını da dəyərləndirən italiyalı mütəxəssis bildirib ki, onlar üçün ən önəmli matç "Yuventus"la Türkiyədə oynayacaqları cavab qarşılaşması olacaq: "Bu oyunla çox güman ki, kimin qrupdan çıxacağı məlum olacaq. Amma biz hazırda "Kopenhagen"lə oynayacağımız matçı düşünürük".

Xəbər 845 dəfə oxundu.