İniyesta: "Bir xal da yaxşı nəticədi"
"Barselona"nın futbolçusu Andres İniyesta Çempionlar Liqasının qrup mərhələsində "Milan"la oyundan (1:1) sonra açıqlamalar verib.

O, bu qarşılaşmadan bir xalla ayrılmalarını yaxşı nəticə hesab edib:

"Hazırda turnir cədvəlinə baxdıqda yaxşı pillədəyik. "Milan"la hələ öz meydanımızda oynayacağımızı matçımız var. Rəqibin qapalı oynayacağını düşünürdüm. Ancaq çox futbolçu ilə hücum etdiyimizdə belə müdafiəsiz yerlər tapa bilmədik. Sonuna qədər qol vurmağa çalışdıq. Ancaq bir xal da yaxşı nəticədi".

Xəbər 938 dəfə oxundu.