Venger: "Levandovski qovula bilərdi"
"Qol vurduqdan sonra müdafiəyə çəkildik və buraxdığımız iki qolda çox rahat davrandıq. Qapıçımızın edə biləcəyi bir şey yox idi. Sadəcə özümüzdə səhv tapa bilərik".

Bu sözləri "Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" (Dortmund) ilə oyundan (1:2) sonra deyib.

"Matçı qazana bilmirsinizsə, məğlub olmayacaqsınız. İkinici hissədə üstün tərəf olsaq da, rəqibə ikinci qolu vurmağa şərait yaradaraq işimizi çətinə saldıq" - deyə Venger bildirib.

Təcrübəli mütəxəssis Robert Levandovskinin futbolçusu Koselniyə endirdiyi dirsək zərbəsindən sonra qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu deyib: "Levandosvki oyundan qovula bilərdi. Sözün düzü, həmin epizodu çox açıq görmədim. Hakim ora daha yaxın idi. Amma həmin epizoda yenidən baxacam".

Xəbər 913 dəfə oxundu.