5 boksçumuz 1/4 finala çıxıb
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatında 9-cu günün döyüşləri başa çatıb. İdman.com.az xəbər verir ki, axşam təşkil olunmuş qarşılaşmalarda daha bir təmsilçimiz sevinib.

1/8 finalda türkmənistanlı Zərif Cumayevlə (52 kq) üz-üzə gələn Elvin Məmişzadə, çətinlik çəkmədən rəqibini üstələyib. O, yarımfinala çıxışda tailandlı Çhatçai Butdeeni məğlub etməlidir.

Təəssüf ki, Pərviz Bağırov (69 kq) 18 finalda mübarizəni dayandırıb. Millimizin üzvü italiyalı Vinçenzo Maniqapreyə uduzub.

Beləliklə, 1/4 finala adlayan boksçularımız sayı 5 olub. Bunlar, bu gün keçirilmiş görüşlərdə qələbə qazanmış Elvin İsayev (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), dünənki rəqiblərini məğlub etmiş Cavid Çələbiyev (56 kq) ilə Teymur Məmmədovdur (91 kq).

Xəbər 1022 dəfə oxundu.