"Rəvan" hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqasının XI turunda "Bakı" ilə qarşılaşacaq "Rəvan” hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da çalışmalarını sürdürən komanda gündə 1 dəfə olmaqla məşq edir. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular səylə çalışır. Məşqlər əsasən taktiki-texniki yöndə olur. Eyni zamanda baş məşqçi yetirmələrinin fiziki-funksional hazırlığını yüksəltməyə də ciddi fikir verir.

Qeyd edək ki, "Rəvan" - "Bakı" qarşılaşması oktyabrın 25-i saat 18:00-da baş tutacaq.

Xəbər 895 dəfə oxundu.