"Qalatasaray"ın oyunu makedoniyalı referiyə tapşırıldı | |
Çempionlar Liqasının B qrupunda baş tutacaq "Qalatasaray" - "Kopenhagen" matçının baş hakiminin adı açıqlanıb. "Türk Telekom Arena"da keçiriləcək matçı makedoniyalı Aleksandar Stavrev idarə edəcək. Ona Maryan Kirovski və Deyan Kostadinov kömək edəcək. Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" matçı oktyabrın 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|