Sneyderin uğurlu çıxışının səbəbi bəlli oldu
"Qalatasaray"ın futbolçusu Uesli Sneyder son zamanlar uğurlu çıxışı ilə yadda qalır.

Türkiyə Superliqasında "Karabükspor"la matçda iki qol vuraraq komandasının qələbə qazanmasında önəmli pay sahibi olan hollandiyalı yarımmüdafiəçinin bu çıxışının səbəbini "Milliyet" qəzeti araşdırıb.

Qəzet iddia edir ki, Fatih Terimdən fərqli olaraq Roberto Mançini Sneyderi Droqbanın arxasında oynadır. Bu mövqedə isə təcrübəli oyunçu daha yaxşı çıxışı ilə yadda qalır. İtaliyalı mütəxəssis yarımmüdafiəçinin daha faydalı ola bilməsi üçün cinah futbolçuların ortaya açıla biləcək öhdəlik daşımasını istəyib. Bunlar da onun çıxışına müsbət mənada təsir edib.

"Sneyder çox önəmli bir futbolçudur. Ancaq ondan düzgün istifadə etmək lazımdır" - deyə Mançini bildirib.

Xəbər 1106 dəfə oxundu.