"Şəfa" stadionuna bir illik lisenziya verildi
FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Ali futbol qurumunun müvafiq komissiyasından alınan məlumata əsasən, stadion beynəlxalq standartlara cavab verir və arenaya 2 ulduzun verildiyini təsdiqləyən sertifikat yaxın günlərdə "İnter"PİK-ə təqdim olunacaq.

Qeyd edək ki, sertifikat 1 il müddətinə qüvvədə olacaq.

Xəbər 757 dəfə oxundu.