"Bavariya"da daha bir itki
Almaniyanın "Bavariya" klubu daha bir itki ilə üzləşib.

Müdafiəçi Dantenin iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Futbolçu Bundesliqanın sonuncu turunda "Mainz"lə qarşılaşmada zədələnib.

Qeyd edək ki, bundan əvvəl klubun futbolçusu Xerdan Şaqirinin də iki ay yaşıl meydanlar uzaq qalacağı açıqlanmışdı.

Xəbər 923 dəfə oxundu.