Türkiyə boksçuları Bakıdan 7 lisenziya aparmaq istəyirlər | |
Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək boks üzrə Türkiyə milli komandası artıq ölkəmizdədir. Hazırlığın ilkin mərhələsinə 35 boksçu ilə başlayan qardaş ölkənin komandası 3 toplanışdan sonra heyəti müəyyənləşdirib. Türkiyə yığmasının kubalı baş məşqçisi Doqdoerto Rojas Skott yarışdan 15 gün öncə Bakıya gəlmələrini yerli ab-havaya uyğunlaşmaq və burada olan digər komandalarla toplanış keçmək məqsədi daşıdığını söyləyib: “Azərbaycana digər ölkələrin boksçuları da gələcək. Onlarla birgə məşq edib, rəqiblərimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”. Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgəc dünya çempionatında Olimpiya oyunlarına 7 lisenziya qazanmaq niyyətində olduqlarını bildirib. Türkiyə milli komandasının heyəti: 49 kq – Fərhad Pəhləvan 52 kq – Səlcuk Eker 56 kq – Furkan Ulaş Memiş 60 kq – Fatih Keleş 64 kq - Onur Şipal 69 kq – Önder Şipal 75 kq – Adem Kılıççı 81 kq – Caner Sayak 91 kq – Bəhram Müzəffər +91 kq – Denizcan Gökkaya |
|
Xəbər 1162 dəfə oxundu. |
|
|