Bakı birinciliyi startda
Sabah ağır atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Masazır Ağır Atletika Mərkəzində təşkil edəcəyi yarışın keçirilməsində əsas məqsəd paytaxtda bu idman növünün inkişaf etdirilməsi, şəhərin ən güclü idmançılarını aşkar edərək, yığma komandaya namizədlər seçməkdir.
Yarış şəxsi xarakter daşıyır. Yarışda iştirakçıların sayı qeyri-məhduddur. Yarışda idmançılar 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Xəbər 1194 dəfə oxundu.