Tottenhem yeni stadionun tikintisinə başlayır
Londonun Tottenhem komandası yeni stadionun tikintisinə başlamaq fikrindədir.

Xatırladaq ki, bu klub London Olimpiya stadionunun icarəsinə nail olmaq istəyirdilər. Lakin tenderdə Vest Hem klubu qalib gələrək stadionu ələ keçirdi. Tottenhem isə iyun ayında yeni arenanın inşasına başlayacaq.

Klub prezidenti Daniel Levi layihə şirkətini də dəyişib. Bundan sonra stadionun layihəsi Emireytsi çəkənlərə həvalə ediləcək. 400 milyon funt sterlinq maya dəyəri olan arenanın inşası 2017-ci ildə başa çatacaq və tutumu 56 min olacaq.

Xəbər 976 dəfə oxundu.