"Araz"ın avrokuboklardakı rəqibləri müəyyənləşdi
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkü atılıb.

Azərbaycan çempionu “Araz” Portuqaliyanın “Sportinq”, Macarıstanın “Qyor Eto” və Hollandiyanın “Eyndhoven” komandaları ilə eyni qrupda yer alıb.

Bu mərhələnin oyunları 19-24 noyabr tarixlərində keçiriləcək. "Araz"ın yer aldığı D qrupunun oyunları Portuqaliyada təşkil olunacaq.

D qrupu

“Sportinq” (Portuqaliya)
“Qyor Eto” (Macarıstan)
“Araz” (Azərbaycan)
“Eyndhoven” (Hollandiya)

Xəbər 940 dəfə oxundu.