"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir
Topaz Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarını davam etdirir.

Komanda milli oyunlardan sonra nəhayət ki, tam heyətlə toplaşa bilib.

Sabah komanda sonuncu çalışmayla matç hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu oktyabrın 20-də, saat 16:00-da Sumqayıtdakı arenada keçiriləcək.

Xəbər 909 dəfə oxundu.