"Barselona" ilə oyunöncəsi "Milan"da ciddi itki
Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Barselona" ilə qarşılaşacaq "Milan" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı hücumçusu Mario Balotelli zədələnərək sıradan çıxıb.

Təcrübəli futbolçu komandanın bu gün keçirilən sağ ayağından zədə alıb. Ağrıları artan futbolçu məşqi yarımçıq dayandırmalı olub. Bu səbəbdən Balotellinin "Barselona" ilə oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, "Milan" - "Barselona" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 848 dəfə oxundu.