Sərbəst güləşçilərimiz “Qitələrarası Kubok” uğrunda yarışacaq
Oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, bu turnirdə 7 idmançımız iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında Xasavyurtda Mircəlal Həsənzadə, Ruslan Surxayev (hər ikisi 55 kq), Məhəmməd Müslümov (66 kq), Cəbrayıl Həsənov (74 kq), İbrahim Yusubov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli referilərimiz Qərib Əliyev, Vaqif Zeynallı, Zakir Məmmədov, Sədi Quliyev, Xanmirzə Məlikəliyev, Natiq Hacıyev və Əbdul Nuriyev hakim kimi görüşlərin idarə olunmasında iştirak edəcəklər.

Xəbər 1019 dəfə oxundu.