Arda Turan Premyer Liqa klublarının hədəfində
Bu mövsüm göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilən "Atletiko"nun (Madrid) futbolçusu Arda Turanla iki İngiltərə klubu maraqlanır.

Bu mövsüm Madrid klubu ilə müqaviləni yeniləyən türk yarımmüdafiəçini "Liverpul" və "Arsenal" transfer etmək istəyir.

Hər iki klubun nümayəndələri artıq Ardanın 10 matçdır ki, forma geyindiyi bütün matçları stadiondan izləyir. "Liverpul"u bəyənən və verdiyi müsahibələrdə Premyer Liqada oynamaq istədiyini bildirən 26 yaşlı oyunçunun qış transferi pəncərəsində hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, bu mövsüm müqaviləsini 2017-ci ilə qədər uzadan Ardanın təzminat qiyməti 41 milyon avrodur.

Xəbər 923 dəfə oxundu.