"Simurq" hazırlıqlarını bu gün tamamlayacaq
Topaz Premyer Liqasının X turunda "Simurq" "Bayıl Arena"da "Xəzər Lənkəran"ı qonaq edəcək.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sabah saat 17:00-da start götürəcək qarşılaşmaya hazırlıqları bu gün tamamlayacaq və istirahətə çəkilərək oyunun başlama saatın gözləyəcək.

Zədə və cəza səsəbindən Lənkəran təmsilçisinin qarşısına ciddi itkilərlə çıxacaq komanda dünən axşam saatlarında növbəti məşqini edib. İki saata yaxın davam edən hazırlıq prossesində taktiki və texniki təmrinlər yerinə yetirilib.

Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" görüşünü Rauf Cabbarov idarə edəcək.

Xəbər 926 dəfə oxundu.