Velosiped idman növü üzrə Azərbaycan Çempionatı keçiriləcək
Oktyabrın 19-dan 21-dək Azərbaycanın qərb bölgəsində velosiped idman növü üzrə ölkə birinciliyi keçiriləcək.

Oktyabrın 19-da Şəmkir şəhərində start veriləcək yarış kriterium üzrə aparılacaq.

Səhər saat 10-00-da başlanacaq yarış 60 km məsafəni əhatə edəcək.

Oktyabrın 20-də velosipedçilər Tovuz - Gədəbəy marşrutu üzrə qrup yarışlarına çıxacaqlar və bu mərhələdə 120 km məsafəni qət edəcək.

Çempionatın axırıncı günü-oktyabrın 21-də idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirəcəklər və Tovuz- Qovlar marşrutu üzrə 25 km məsafədə yarışacaq.

Xəbər 1013 dəfə oxundu.