Flavinyo: "Rəvan" fərqli oyun göstərə bilər"
"Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan” klubunu səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı. Eşitdiyimə görə “Rəvan”a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq".

Bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo klubun saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, hər bir rəqib kimi "Rəvan"a da hörmətlə yanaşırlar: "İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdır. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq”.

Qeyd edək ki, "Neftçi" - "Rəvan" oyunu sabah saat 16:00-da start götürəcək.

Xəbər 907 dəfə oxundu.