VMH poliatlot çoxnövçülüyü üzrə rayon birinciliyi
İmişli rayon Gənclər və İdman idarəsinin 2013-cü ilin 2-ci yarımilliyi üçün tərtib olunmuş iş planına əsasən oktyabrın 14-də ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

2 saylı şəhər orta məktəbin idman meydançasında 34 komandanın iştirakı ilə keçirilən yarışda birinciyə 7, ikinciyə 3, üçüncü yerə Yalavac kənd orta məktəbin komandası layiq görülüb.

Hər 3 komanda idarəmiz tərəfindən diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.

Xəbər 1321 dəfə oxundu.