Dünya çempionatında daha bir bürünc medal

Azərbaycan idmançısı Sona Əhmədli (59 kq) İstanbulda keçirilən güləş üzrə dünya çempionatında bürünc medala sahib olmuşdur.
Mübarizəyə onaltıdabir finaldan başlayan güləşçimiz ardıcıl olaraq, qazaxıstanlı Olqa Kalininanı, Rusiya idmançısı Valeriya Jolobovanı, belaruslu Nadya Mixalkovanı məğlub edib. Yalnız yarımfinalda ukraynalı Qana Vasilenkoya uduzub. Bürünc medal uğrunda mübarizədə S.Əhmədli Kanada güləşçisi Amanda Herharta qalib gəlib.


Xəbər 1210 dəfə oxundu.