Millimiz FİFA reytinqində irəlilədi
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan milli komandası ötən ayla müqayisədə 19 pillə irəliləyib.

"DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiyaya (2:0) qalib gələn və Rusiya heç-heçə edən (1:1) Berti Foqtsun komandası FİFA reytinqində 88-ci pilləyə yüksəlib.

"DÇ-2014"ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya 3 pillə geriləyərək 14-cü pilləyə düşüb. Rusiya 19-cu (-4), İsrail 66-cı (3), Şimali İrlandiya 90-cı (-4), Lüksemburq isə 127-ci (-1) yeri tutur.

Xəbər 797 dəfə oxundu.