“Araz-Naxçıvan” “Əshabu-kəhf”i ziyarətə edib

Milli-mənəvi dəyərlərə daim həssaslıqla yanaşan “Araz-Naxçıvan” kollektivi Qurban bayramı münasibətilə Naxçıvan şəhərinin yaxınlığında, İlandağ ilə Nəhəcir dağının arasında yerləşən “Əshabu-Kəhf” ziyarətgahına səfər ediblər. İlk öncə qurban kəsilmiş, sonradan tarixi mağaraya ziyarət başlanılıb.

Futbolçularımıza məlumat verilmişdir ki, "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi kimi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı fəslinin olmasına baxmayaraq bura ziyarət edənlərin ardı-arası kəsilmir, həmçinin burada əcnəbi turistlərə də rast gəlmək mümkündür.

Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir.

Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini
ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib. Bu ziyarət futbolçular tərəfindən maraqla qarşılanıb.

Xəbər 1419 dəfə oxundu.