«Melo fanatları təhrik etdi»
«Beşiktaş»ın vitse-prezidenti Ahmet Nur Çebi əhəmiyyətli açıqlamalar verib. «Qara-ağlılar» hansı meydanda oynayacağı mövzusuna açıqlıq gətirən Çebi söyləyib: «Olimpiya» stadionunda işlər başlarsa, təbii ki, ora bizə qalmayacaq. Əldə etdiyimiz razılaşmaya görə «Kasımpaşa» stidionuna keçməyi düşünürük. Bəlkə «Kasımpaşa» stadionu bizə uyğun olmaya bilər, amma, inşallah, əlverişsiz bir vəziyyət olmaz və orada oynamağa davam edərik».

Superliqanın 5-ci turunda «Qalatasaray»la derbide çıxan hadisələrin Melonun təhriki sonrası başlandığını deyən Çebi «Beşiktaş»ın meydanını bağlamaq istəyən bəzi kəslər tərəfindən tribunadakı fanatların da təhrik edildiyini və hadisələrin belə planlaşdırıldığını iddia edir. Ronaldinyonun «Beşiktaş»a gəlmə ehtimalını yüzdə 51 olaraq dəyərləndirən Ahmet Nur Çebi deyib:

«Ronaldinyonun böyük qardaşı «Qardaşım Türkiyədə oynamağa müsbət baxır» deyə bildirib. Ronaldinyonun özü ilə görüşmək şansım olmadı. Apardığımız danışıqlar nəticəsində menecerliyini etməkdə olan böyük qardaşına inanıram. Ronaldinyonun yanvar ayında «Beşikaş»a gəlmə ehtimalı yüzdə 51-di».

Xəbər 833 dəfə oxundu.