Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib
Bu gun Beyləqan rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov vətəndaşlarla görüşüb.

Nazirliyin Mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, qəbulda Beyləqan rayonu ilə yanaşı Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb.

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

Xəbər 1975 dəfə oxundu.