Olimpiya mükafatçısı: Sağalmağıma az qalıb
«Mualicəmi davam etdirirəm. İndi vəziyyət yaxşıdı». Bunu London olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov (74 kq) deyib. Titullu yunan-Roma güləşçisi bilidrib ki, 2 protruziya tam olaraq çəkilib:

«Belimin aşağısında ciddi zədələrim vardı. Yırtıq olmasına az qalmışdı. Allaha min şükür, indi işlər yaxşılığa doğru gedir. Çanağın üstündə olan 7 milli yırtıq 4-ə enib. Onun da müalicəsinə bir ay sonra başlanılacaq. Həkimlər bir az fasilə veriblər. Rentgen etdirdim. Cavab müsbət çıxdı.

Cərrah təklif etdi ki, əməliyyat olunum. Ancaq mən razılaşmadım. İnsan canına yaxşı baxsa, tez sağalar. Sağalmağıma az qalıb. Bu qədər əziyyətimi itirmək istəmirəm. İnşallah, nə xeyirlidirsə, o da olacaq».

Gənc bahadır deyib ki, zədəsinin olmasına baxmayaraq, çalışmalarını davam etdirir:

«Məşqi tam edirəm. Amma çox qaçmıram. Çünki onda ayaqlarım tutulur. Trenajordan da hələ istifadə etmirəm. Çalışıram ki, artıq yüklənməyim. Belə isə, məşqçilərin verdiyi bütün tapşırıqları yerinə yetirirəm».

Xəbər 1073 dəfə oxundu.