Superliqada xarici qolçular öndədi
Türkiyə Superliqasında 7 turdan sonra bombardirlər mübarizəsində xarici oyunçular yerliləri kölgədə qoyublar. 7 turun yekununda 7 futbolçu bombardirlik mübarizəsində önə keçdi. Onlardan 6-sı əcnəbi olduğu halda, hələlik yalnız bir türk oyunçu mübarizəyə ortaqdı. «Akhisar Belediyespor»dan Omar Niasse ilə «Fənərbağça»lı Dirk Küyt hərəyə 5 qolla ilk sırada yer alırlar. Bu oyunçuları «Sivasspor»dan Aatıf Çaheçuhe, «Kasımpaşa»lı Oskar Skarione, «Beşiktaş»lı Uqo Almeyda, «Antalyasporl»u Lamine Diarra və «Çaykur Rizespor»lu Sercan Kaya hərəyə 4 qolla təqib edirlər.

«Akhisar Belediyespor»un seneqalli oyunçusu Niasse xüsusilə «Qalatasaray»la matçda vurduğu iki qolla yarışda iddiasını ortaya qoydu. Dirk Küyt son turda fərqənməsə də, 5 qolunu öncəki turlarda vurmuşdu. «Beşiktaş»lı Almeyda da 5 qol vurub. Lakin bunların biri «Qalatasaray»la oynanan və çıxan hadisələr səbəbiylə tamamlanmayan matça təsadüf etdiyindən Almeyda hazırda 4 qollular sırasında yer alır. Bombardirlik mübarizəsində hələlik yeganə türk futbolçu 4 qollu «Çaykur Rizespor»lu Sercan Kaya olduğu halda, son iki mövsümün bombardiri olmuş «Qalatasaray»lı Burak Yılmaz isə bu mövsüm susqun bir dövr keçirir.
«Trabzonspor»un ardından «Qalatasaray» formasında ötən mövsüm bombardir olan Burak cari çempionatda bu ana qədər yalnız 2 dəfə rəqib qapılarına yol tapıb. «Qalatasaray»ın xarici oyunçusu Didye Droqbanın isə 4 qolundan ikisi «Beşiktaş»la oyuna təsadüf etdiyindən, hələlik «Antalyaspor» və «Akhisar Belediyespor»la oyunlarda vurduğu 2 qolla kifayətlənir. Ümumiyyətlə, Türkiyə çempionatının son 7 oyununa nəzər saldıqda bunlardan 4-də xarici oyunçuların bombardirlik mübarizəsinin qalibi olduğu müşahidə edilər. 2006-2007-ci illər mövsümündə «Fənərbağça»dan Aleks 19 qolla ilk sırada yer aldı.

Sonrakı mövsümdə həmin komandanın türk futbolçusu Semih Şentürk 17 qolla fərqləndi. 2008-2009-cu illər mövsümündə «Qalatasaray»dan Milan Baroş eyni sevinci yaşadı. 2009-2010-cu illər mövsümündə «Kayserispor»dan Aziza Makakula 21 qolla 1-ci oldu. Növbəti mövsümdə yenidən zirvədə Aleks oldu. Bu dəfə 28 qolla. Son iki mövsümdə Burak Yılmaz əvvəlcə «Trabzonspor»la, sonra isə «Qalatasaray»la bombardir oldu.

Xəbər 1073 dəfə oxundu.