“Synergy Baku” Almatıda yarışıb
“Tour of Almaty” beynəlxalq velosiped yarışında “Synergy Baku” komandasını Kristof Şvayçer, Elçin Əsədov, Samir Cəbrayılov, Hüseynzadə Sirac, Kiril Pozdnyakov və Aqşin ismayılov təmsil etmişlər.

Qazaxstan milli yığma komandasının velosipedçisi Maksim İqlinski “Tour of Almaty” beynəlxalq velosiped yarışının qalibi olmuşdur.

Almatı şəhərində keçirilmiş yarışda ümumilikdə 186 km məsafəni qət etmiş velosipedçilərimizdən Kristof Şvayçer finişə 12-ci olaraq gələ bilmişdir. Şvayçer yarışın qalibi Maksim İqlinskidən 30 saniyə geri qalmışdır.

Digər velosipedçilərimizdən Kiril Pozdnyakov finişə 28-ci olaraq gəlmişdir.

Xəbər 980 dəfə oxundu.