"Qalatasaray"ın prezidenti Mançininin işindən razıdır
"İki çempionluqdan sonra Fatih Terimin klubdan göndərilməsi gözlənilməz ola bilər. Türkiyədə belə şeylər olur. Bu cür dəyişikliklər "Qalatasaray" tarixində də olub. Amma Fatih Terim çox yaxşı baş məşqçi olduğu üçün Türkiyə millisini çalışdırır".

Bu sözləri "Qalatasaray"ın prezidenti Ünal Aysal yollarını ayırdıqları Terim haqda ilk dəfə danışarkən deyib.

Yeni baş məşqçiləri Roberto Mançini haqda da danışan Ü.Aysal ondan razı olduğunu bildirib: "Türkiyədə həmişə səviyyəli məşqçilər çalışıb. Mançini də onlardan biridir. Onun işindən razıyıq. Ancaq ard-arda 3 matçda istədiyimiz nəticəni əldə etmədikdə tənqid olunur. Çempionlar Liqasında olduqca çətin qrupdayıq".

Xəbər 964 dəfə oxundu.