Velosiped üzrə Azərbaycanın komandası velosiped yarışında iştirak edib
“Tour of Almaty” beynəlxalq velosiped yarışında komandamızı Kristof Şvayçer, Elçin Əsədov, Samir Cəbrayılov, Hüseynzadə Sirac, Kiril Pozdnyakov və Aqşin ismayılov təmsil ediblər.

Qazaxıstan milli yığma komandasının velosipedçisi Maksim İqlinskiy “Tour of Almaty” beynəlxalq velosiped yarışının qalibi olub.

Almaty şəhərində keçirilmiş yarışda ümumilikdə 186 km məsafəni qət etmiş velosipedçilərimizdən Kristof Şvayçer finişə 12-ci olaraq gələ bildirib. Şvayçer yarışın qalibi Maksim İqlinskidən 30 saniyə geri qalıb.

Digər velosipedçilərimizdən Kiril Pozdnyakov finişə 28-ci olaraq gəlib.

Xəbər 1051 dəfə oxundu.