"Türkiyə millisinin qrupdan çıxmaq şansı daha azdır"
"DÇ-2014"ün seçmə mərhələsinin püşkatması olanda Türkiyə millisinin qrupda ikinci olacağına əminiydim. Ancaq oyunlardan sonra onların nəticələri məni təəccübləndirdi. Türklərin yaxşı heyəti var idi. Ancaq vəziyyətlərini çətinləşdirdilər".

Bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui van Qal "DÇ-2014"ün seçmə mərhələsində Macarıstan və Türkiyə ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

O, Fatih Terimin komandasının qrupdan çıxma şanslarının daha az olduğunu bildirib: "Rumıniyanın ikinci olma şansları daha çoxdur. Çünki türklərin qarşıda çətin matçları var. Səfərdə Estoniya, sonra isə bizimlə oynayacaqlar. Biz Macarıstan və Türkiyə matçını qazanacağıq. Bundan əminəm. Bu səbəbdən Türkiyə millisinin şansı daha azdı".

Qeyd edək ki, Türkiyə - Hollandiya matçı oktyabrın 15-də baş tutacaq.

Xəbər 1271 dəfə oxundu.